Tozlu hava nə vaxtadək davam edəcək?

Martın15-i səhər saatlarından başlayaraq Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Yenicağ.az-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında  norma daxilinə düşəcəyi gözlənilir”.

COP29