TQDK-dan yenilik

publika.az1394030816tqdkTələbə Qəbulu üzrə Dövlət Komissiyası kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Komissiyadan

Bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək mümkün olmayacaq.

Bu il tam orta təhsil bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.