!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TQDK monitorinq imtahanları keçirir

!Reklam – Yazi

скачанные файлы (3)Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 6, 7 aprel və 9, 10 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirəcək.

İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən həyata keçirilir. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanır və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılır.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv