Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Trabzonspor" Ərsun Yanalı rəsmən göndərdi

Reklam: Sinerji Pro

Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ərsun Yanalı istefaya göndərib.

Yenicag.az xəbər verir ki, buna komandanın Super Liqanın 8-ci turu çərçivəsində ötən gecə “Akhisar”a 1:6 hesabı ilə uduzması səbəb olub. Matçdan dərhal sonra baş məşqçi klub prezidenti ilə görüşəcəyini və istefa qərarını rəhbərliklə müzakirə edəcəyini bildirmişdi.

Bu gün tərəflər arasında baş tutan görüşdən sonra istefa tam rəsmiləşib. Lakin maraqlıdı ki, klub müqavilənin birtərəfli qaydada ləğv olunduğunu açıqlayıb. Bu isə Ərsunun öz istəyi ilə deyil, klub tərəfindən istefaya göndərildiyi anlamına gəlir. Klub saytından yayılan açıqlamada o da bildirilir ki, komandanı müvəqqəti olaraq uşaq futbolu üzrə koordinator İhsan Derelioğlu çalışdıracaq.

Qeyd edək ki, “Trabzonspor” 8 turdan sonra 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

www.yenicag.az

968
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100