Türkiyənin “Trabzonspor” klubu futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
“Trabzonspor” Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə bütövlükdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın “Zenit” komandasından “Trabzonspor”a keçmişdi.