Traktorla yük maşını toqquşdu – Ölən var

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, noyabrın 27-də saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini Ramiz Abdullayevin idarə etdiyi “Belarus” markalı traktorla İmişli rayon sakini Elşən Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili toqquşub. Nəticədə R.Abdullayevin sərnişini, oğlu Rasət hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.