“Traktorsazi” mübarizəni dayandırdı – Çempionlar Liqasında

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb.

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Qətər təmsilçisi “Əl-Qarafa” ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən məğlubiyyətlə ayrılıblar – 1:3.

Beləliklə, “Traktorsazi” yer aldığı A qrupunda keçirdiyi 6 oyundan 4-də uduzub, yalnız ikisində heç-heçə edə bilib. Təbriz klubu 2 xalla qrup sonuncusu olub.