Traktorun altında qalaraq öldü

91014Dünən Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nabran kəndində olub.

Aprelin 16-da Xaçmaz rayonunun Nabran kəndində kənd sakini Firuddin Qereyxanov idarə etdiyi “T-16” markalı traktoru aşırıb və nəticədə hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.