“Traktor”un futbolçuları cəzalandırıldı – “Barış pınarı”na görə/VİDEO

İran Futbol Federasiyası iki oyunçunu futboldan uzaqlaşdırıb.

Yenicag.az xəbər verir ki, bu qərara səbəb Təbrizin “Traktor” klubunun formasını geyinən Mehdi Bebrinin Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı “Barış Pınarı” hərbi əməliyyatlarına dəstəyini nümayiş etdirməsi olub.

Belə ki, bir neüçə gün öncə Mehdi Bebri Türk bayrağı və türk əsgərinin fotosunu “İnstagram” hesabında paylaşıb. “Sanat Naft” klubunun futbolçusu Şirvan Qurbani isə bu paylaşıma görə Mehdi Bebrini təhqir edib.

İran Futbol Federasiyasının rəsmi saytında “Hər iki oyunçu idmandan kənar davranışlarına görə futboldan müvəqqəti uzaqlaşdırılıb” – sözləri qeyd edilib.

Futbolçular və klub rəhbərləri yekun qərar üçün intizam komitəsinə göndərilib.

Qeyd edək ki, İran hökuməti Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxıb.