“Traktor”un oyununda qarşıdurma – Xeyli yaralı var – VİDEO

Bu gün “Traktor”un “Peykan” (Tehran) komandası ilə növbəti oyunu zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.

Yenicag.az xəbər verir ki, buna səbəb isə hakimin açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub.

Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.

Məlumata görə, azarkeşlərlə polis qüvvələri şəhərin içərilərinə doğru irəliləyib. Hal-hazırda şəhərin müxtəlif səmtlərində qarşıdurmalar davam etməkdədir. Qarşıdurma zamanı xeyli insan xəsarət alıb.

Hökümət orqanları Təbrizdə internetin verilişini dayandırıb.

Qeyd edilir ki, “Traktor” 1:0 hesabı ilə oyunu uduzub.