Reklam

Reklam

“Forbes” dünyanın ən zəngin insanlarının yeni reytinq siyahısını açıqlayıb.

Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın son siyahıda 200 pillə geriləməsi ən çox diqqət çəkən məqamlardan biri olub. Belə ki, onun sərvəti 400 milyon azalaraq 3,1 milyard olub. Bu üzdən Tramp 766-cı pillədən 566-ya sıraya enib.

Siyahıya “Amazon”un sahibi Ceff Bezos rəhbərlik edib. Onun sərvəti 112 milyard dollar təşkil edir.

İkinci yeri uzun illər birinci olmuş “Microsoft”un yaradıcısı Bill Qeyts tutur (90 milyard dollar). İlk üçlüyü 84 milyard sərvəti olan “Berkshire Hathaway”ın sahibi Uorren Baffert qapayır.

“Louis Vuitton”un sahibi, fransalı Bernar Arno 72 milyard dollarla dördüncü, “Facebook”un qurucusu Mark Zukkerberg isə 71 milyard dolarllıq sərvətiylə beşinci olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3280
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."