Tramp: ABŞ-ın nüvə arsenalı əvvəlkindən daha da güclüdür

ABŞ-ın nüvə arsenalı əvvəlkindən daha da güclüdür.

Yenicag.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o, əvvəlkindən daha da güclüdür”, – deyə Tramp bildirib.

“Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, – deyə ABŞ lideri əlavə edib.

Yenicag.Az