Tramp ABŞ-ni tənəzzüldə olan ölkə adlandırdı

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ABŞ-ı tənəzzüldə olan ölkə adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, X sosial səhifəsində yazıb.

“İqtisadiyyatımız məhv edilib, sərhədlərimiz silinib. Biz tənəzzülə uğrayan bir xalqıq”, – deyə o qeyd edib.