Tramp: “ABŞ öz nüvə imkanlarını gücləndirməlidir”

President-elect Donald Trump gives his acceptance speech during an election night rally Wednesday, Nov. 9, 2016, in New York. (AP Photo/John Locher)

ABŞ-ın nüvə imkanları ciddi şəkildə gücləndirmək lazımdır.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Tvitter” səhifəsində yazıb.

“Dünyada nüvəyə dair fikirlər sağlamlaşanadək, ABŞ öz nüvə imkanlarını ciddi şəkildə gücləndirməli və genişləndirməlidir”, – deyə Tramp bildirib.

Tramp bu məqsədə çatmaq üçün hansı təbirlərin görülməsinə aydınlıq gətirməyib.

Yenicag.az