Tramp amerikalı fahişələrə qarşı – “Qanuna əməl edin!”

ABŞ prezidenti Donald Tramp internetdə seks-ticarəti qadağan edən “SESTA-FOSTA” adlı qanun layihəsi imzalayıb.

Yenicag.az bildirir ki, bu haqda “Ars Technica” məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, bəzi Amerika web-saytları artıq fahişəliklə bağlı bölmələri bağlamağa başlayıb. Məsələn, “Craiglist” və “Backpage” elanlar xidmətindən “Tanışlıqlar” rubrikasını silib.

Layihənin istehsalçıları əmindirlər ki, qanunun qəbulu belə saytların könüllü bağlanmasına gətirib çıxaracaq. Bundan başqa, dövlət hüquq-mühafizə orqanlarının köməyi ilə arzu olunmayan resurslardan qurtula biləcək. Ağ evin əməkdaşlarının sözlərinə görə, fahişəliyi təbliğ edənlər  cinayətə cəlb olunacaq.

İntim xidmətlər sferasının işçiləri isə öz növbəsində “SESTA-FOSTA”ya qarşı çıxış ediblər. Onların fikrincə, qanun layihəsinin qəbulu ölkədə söz və insan azadlığı prinsiplərini şübhə altına alır.

Zaur H.

COP29