Tramp artıq bu markalı telefondan istifadə edəcək

Dünəndən etibarən rəsmi törənlə ABŞ başqanı olan Donald Trampun ilk işlərindən biri də telefonunu dəyişdirmək oldu. Bu zamana qədər ‘‘Android’’ sistemindən istifadə edən Tramp dörd il boyunca, ‘‘iPhone’’ işlədəcək.

Yeniçağ.Az xəbər verir ki, aktiv ‘’Twitter’’ istifadəçisi olan ABŞ başqanı təhlükəsizlik xidmətinin təklifi ilə çox az şəxsdə olan xüsusu ‘’iPhone’’dan istifadə edəcək.

Qeyd edək ki, Obama da 2009-cu ildə prezident seçildiyində ‘’Blackberry’’ markalı telefonundan imtina etmişdi.

Yeniçağ.Az