Tramp: “Axmaqlarımız mübarizədə illər əvvəl məğlub olub”

ABŞ prezidenti Donald Tramp beynəlxalq ticarətdə Çindən geridə olmalarının günahını keçmiş dövlət rəhbərlərində axtarır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Çin mallarına 25 faiz əlavə gömrük vergisi təyin edib. Bu qərar isə iki super güc arasında gərginliyə səbəb olub. Tramp “twitter” hesabında məsələ ilə bağlı açıqlama verərək, keçmiş liderlərin səhvini təkrarlamayacağını bildirib:

“Çinlə ticarət müharibəsində deyilik. ABŞ-ı təmsil edən axmaqlar illər əvvəl bu mübarizədə məğlub olublar. İndi onlardan ildə 300 milyard dollar geridə qalırıq. Bu vəziyyətin davam etməsinə icazə verə bilmərəm”.

COP29