Tramp Baydenin andiçmə mərasiminə qatılmayacaq

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilən prezident Co Baydenin andiçmə mərasiminə qatılmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında paylaşım edib.

“Maraqlananlar üçün bildirim ki, 20 yanvarda baş tutacaq mərasimə qatılmayacağam”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, 20 yanvar 2021-cildə Vaşinqtonda Baydenin inauqurasiya mərasimi baş tutacaq.