ABŞ-nin keçmiş prezidenti və posta yenidən namizəd olan Donald Tramp bir ildən sonra ilk dəfə “X” sosial şəbəkəsində paylaşım edib.
Yenicag.az xəbər verir ki, o, təşviqat kampaniyası ilə bağlı video paylaşıb.
Qeyd edək ki, onun platformanın sahibi İlon Maskla müsahibəsi gözlənilir.
Xatırladaq ki, Donald Trampın “X”dakı səhifəsi 2022-ci ilin noyabrında sahibkar İlon Maskın siyasətçinin bu sosial şəbəkədəki hesabının blokdan çıxarılmasını elan etməsindən dərhal sonra bərpa olunub./Report/