ABŞ NATO ölkələrini alyans çərçivəsində kollektiv müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək.
Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Qarrisberq şəhərində (Pensilvaniya ştatı) tərəfdarlarının mitinqində deyib.
“Biz NATO ölkələrini öz öhdəliklərini yerinə yetirməyə məcbur edirik”, – Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqtonun NATO üzrə müttəfiqləri “milyardlarla dollar ödəməyə başlayıblar”.
Tramp qeyd edib ki: “Son 8 il ərzində ABŞ öz hərbi xərclərini 2 dəfə artırıb”. Onun sözlərinə görə, digər NATO ölkələri eyni şeyi etməyiblər. “Bu düzgün deyil”, – prezident deyib.
Admistrasiya rəhbəri “Amerika silahlı qüvvələrini bərpa etməyə” söz verib: “Amerikanın birinciliyinin saxlanması silahlı qüvvələrimizin bərpasını nəzərdə tutur. Və biz bu prosesi başlatmışıq”.
Yeniçağ.Az