Tramp BMT-də islahatlara çağırıb

ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, Tramp ümumdünya təşkilatının maliyyələşdirilməsi haqqında məsələlərin yenidən baxılmasına ehtiyac olduğunu bildirib.

ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələri ilə Vaşinqton görüşü zamanı bildirib: “Mən çoxdan hesab edirəm ki, BMT kifayət qədər effektiv deyildir, lakin böyük potensiala malikdir”.

Bundan başqa, ABŞ lideri BMT-nin maliyyələşdirilməsi ilə bağlı məsələlərə yenidən baxmağa çağırıb: “Biz həmçinin BMT-nin büdcəsini diqqətlə araşdırmalıyıq. Xərclər nəzarətdən tamamilə çıxıb”.

Yeniçağ.Az

COP29