Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, onun dövlət başçısı vəzifəsinə keçməsindən sonra BMT ilə bağlı hər şey dəyişəcək.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, respublikaçı bu barədə öz “Twitter”dəki mikrobloqunda məlumat verib.
“BMT-yə gəldikdə isə, yanvarın 20-dən sonra hər şey başqa cür olacaq”, – deyə o yazıb.
Həmin tarixə ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi təyin olunub.
Yenicag.az