ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin həddən artıq yuxarı olmasından şikayətlənib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp neft qiymətlərinin OPEC tərəfindən süni şəkildə qaldırıldığını iddia edib:
“Belə görünür ki, OPEC yenə iş başındadır. Dənizlərdə neft tankerləri ağzına qədər doludur, amma qiymətlər həddən artıq bahadır. Bu heç yaxşı bir hal deyil və bu vəziyyətlə barışmaq olmaz”.