Tramp Consonla “Brexit”i müzakirə etdi – Telefon danışığı

ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Baş nazir Conson prezidenti “Brexit” haqqında məlumatlandırıb”, – deyə məlumatda bildirilir.

Tərəflər həmçinin ticarəti və iqtisadiyyatı müzakirə ediblər.