ABŞ Prezidenti Donald Tramp COVİD-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən tərxis olunan hərbçilərin bərpası haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Tramp həmçinin “hərbidə gender radikalizminə son qoymaq” və ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını geri qaytarmaqla bağlı sərəncamlar imzalayıb.