Tramp-dan kritik “Huawei” qərarı – Sanksiya qaldırılır

ABŞ pezidenti Donald Tramp G-20 sammiti çərçivəsində Çin lideri Si Cinpin ilə görüşüb.

Yenicag.az xəbər verir ki, əsas müzakirələr iki ölkə arasında iqtisadi gərginliklər olub.

ABŞ lideri “Huawei” şirkəti ilə bağlı qoyulmuş qadağanın aradan qaldırılacağını bəyan edib. Belə ki, artıq Çin mobil telefon istehsalçısı “Huawei” ABŞ mərkəzli şirkətlərdən istehsalayararlı texnoloji avadanlıqlar ala biləcək.

Qeyd edək ki, son zamanlar iki ölkə arasında davam edən iqtisaadi gərginliklər fonunda ABŞ Çinin “Huawei” şirkətinə qarşı bir sıra sanksiyalar qoymuşdu. Bu sanksiyalardan biri də, şirkətin ABŞ mərkəzli şirkətlərdən istehsala yararlı texnoloji avadanlıqlar ala bilməməsi iləbağlı idi.