ABŞ hərbiçiləri İŞİD terror qruplaşmasının liderini zərərsişləşdirib.
Yenicag.az xəbər verir ki, əməliyyat Suriyanın Türkiyə ilə sərhəddinin şimal-qərbində İdlib şəhəri yaxınlığında həyata keçirilib.
Məlumatı, ABŞ-ın Prezidenti Donald Tramp təsdiq edib.
Əməliyyat zamanı, çoxlu sayda İŞİD üzvünün də zərərsizləşdirildiyi qeyd edilib.
Əməliyyat 90 dəqiqə davam edib. Terror liderini zərərsizləşdirmək üçün 8 ABŞ helikopteri birbaşa Trampın nəzarəti ilə əməliyyata cəlb edilib.
Həşim Səhrablı