Tramp Ərdoğana söz verdi – Ağ evdən geri addım

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.

Yenicag.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib:

“O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək”.