Tramp Ərdoğana söz verdi: “PKK-ya qarşı əməkdaşlıq edəcəyik”

ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının bəzi detalları açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, referendum qalibiyyəti münasibəti ilə Ərdoğanı təbrik edən Tramp qarşılıqlı münasibətləri ciddi qiymətləndirdiyini deyib:

“Dostluğumuza böyük əhəmiyyət verirəm. Birlikdə görəcəyimiz işlər var. PKK-ya qarşı mübarizədə əməkdaşlıq edəcəyik”.

Trump Suriyada həyata keçirilən hava əməliyyatlarına dəstək verdiyinə görə Türkiyəyə minnətdarlıq edən Tramp bunları bildirib:

“Əsəd rejiminin hücumlarına qarşı hava əməliyyatları ilə kifayətlənməməliyik”.

Yeniçağ.Az