ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Yenicag.az xəbər verir ki, Trampın təşəkkürünə səbəb ötən gün keşiş Endryu Bransonun Türkiyə dövləti tərəfindən sərbəst buraxılmasıdır.
ABŞ-ın dövlət başçısı bu barəsə şəxsi “Twitter” hesabında yazıb:
“Keşiş Branson çox çətin zamanlardan keçən yaxşı bir xristandır. Ərdoğana köməyi üçün təşəkkürümü bildirirəm. Branson günortadan sonra yanımda olacaq. O, çətin bir təcrübə yaşadı”.