Tramp Ərdoğanı təbrik etdi

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Yeniçağ.az Türk mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti türkiyəli həmkarını referendum münasibətilə təbrik edib.

Referendumda Ərdoğanın arzuladığı qərarın çıxmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, referendum sonuclarının bəlli olduğu dəqiqələrdə Ərdoğanı ilk Azərbaycan prezidenti İlham Əliyev təbrik edib.