Tramp Fars körfəzi ölkələrinin liderlərinə zəng etdi

Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb.

Yenicag.az-ın xəbərinə görə, söhbət zamanı ABŞ prezidenti Donald Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Ağ Evin məlumatında bildirilir, ki Tramp regionda birliyin Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacib olduğunu vurğulayıb və terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.

Yenicag.az