ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris sentyabrın 10-da ABC telekanalında debat keçirəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə ABC telekanalı X şəbəkəsində məlumat yayıb.
Tramp isə bildirib ki, debatlar sentyabrn 4-də “Foks Nuys”da, sentyabrın 10-da ABC-də, sentyabrın 25-də NBC-də olacaq.
Onun sözlərinə görə, tamaşaçılar və keçiriləcək yerlə bağlı xırda detallar hələ də dəqiqləşdirilir.
Tramp Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini bildirib./axar.az