Tramp ilk görüşünü keçirdi

1481626379sdABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xarici ölkə liderlərindən biri ilə ilk dəfə görüş keçirib.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Tramp Nyu-Yorkda Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşüb.

Görüşün detalları açıqlanmasa da, Tramp qərargahının rəhbəri Kellian Konuey hazırda fəaliyyət göstərən prezident Barak Obamaya hörmət əlaməti olaraq diplomatik məsələlərə toxunulmayacağını qeyd etmişdi.

Baş nazir Sindzo Abe görüşdən sonra açıqlama verərək, daha uyğun vaxtda yenidən görüşməyi planlaşdırdıqlarını qeyd edib:
“Bu zaman daha çox məsələlər üzrə daha dərin söhbət aparmaq barədə razılaşdıq”.

Yaponiyanın Baş naziri “ABŞ və Yaponiya arasında hərbi ittifaq qurulamaması üçün hər-hansı vəd almağa nail oldunuzmu?” sualına cavab olaraq bildirib ki, ittifaq etibarsız mümkün deyil: “Mən əmin oldum ki, yeni seçilən prezident Tramp “etibarlı lider”dir”.