!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp İranı təhdid etdi: "Bu, İranın sonu olar"

!Reklam – Yazi

ABŞ Prezidenti Donald Tramp rəsmi “twitter” hesabından İranı təhdid edib.

Yenicag.az xəbər verir ki, Tramp yayımladığı mesajında “əgər İran savaşmaq istəyirsə, bu, İranın sonu olar. Bir daha ABŞ-ı təhdid etmə!” deyə bildirib.

Qeyd edək ki, Tramp hökuməti 2015-ci ildə imzalanan nüvə anlaşmasından 8 may 2018-ci ildə çəkildiyini bildirib.

İki ölkə arasındakı münasibətlər Amerikanın İran ordusunu və daha sonra İran Məclisinin də Amerika ordusunu rəsmi olaraq terrorçu elan etməsindən sonra daha da gərginləşib.

İran prezidenti Həsən Ruhani də Amerikanın sanksiyalarına qarşılıq olaraq nüvə fəaliyyətlərinin bir qismini yenidən aktivləşdirəcəklərini açıqlayıb.

Aqil Bəkir

www.yenicag.az

4714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv