Tramp keçmiş müşavirini aşağıladı: “Əgər o axmağı dinləsəydim…” – VİDEO

ABŞ prezidenti Donald Tramp dünya müharibəsinin qarşısını necə alması haqda danışıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun dünya üçün təhlükə olduğunu deyib.

Ohayo ştatında vətəndaşlarla seçkiqabağı görüş keçirən Tramp maraqlı məqama toxunub.

Çıxışında keçmiş müşaviri Con Boltonu sərt tənqid edən Tramp onu “axmaq” adlandırıb.

“Əgər o axmağı dinləsəydim, indi 5-ci dünya müharibəsi başlamışdı”, – deyən Tramp Boltonun bəşəriyyət üçün nə qədər təhlükəli düşüncəyə malik olduğunu vurğulayıb.