ABŞ prezidenti Donald Tramp Kanadanın Kvebek şəhərindən Sinqapura yola düşüb.
Yenicag.az xəbər verir ki, ABŞ lideri iyunun 12-də orada KXDR prezidenti Kim Çen Inla görüş keçirəcək.
Qeyd edək ki, Tramp Kanadada keçirilən “G-7” sammitində iştirak edirdi. O, Sinqapura yola düşmək üçün sammiti erkən tərk etməli olub.