Tramp Kim Çen Inla görüşəcək

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşə razılıq verib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon Iy Yön Ağ Evin rəhbəri ilə danışıqlardan sonra məlumat verib.

“Koreya Respublikası ABŞ, Yaponiya və digər ölkələrlə birgə Koreya yarımadasının nüvədən tam təmizlənməsinə qərar verib”, deyə müşavir bildirib.

Həmçinin, o, Kim Çen Inın Şimali Koreyanın nüvə silahından imtina etməyə hazır olduğunu vurğulayıb. Kim söz verib ki, Şimali Koreya gələcəkdə raket və nüvə silahlarının sınaqlarından əl çəkəcək.

Ağ Evin nümayəndəsi Sara Sanders də Trampın Kim Çen Inla görüşə razılıq verdiyini təsdiqləyib.