Tramp Kim Çen Inla görüşünün tarixi və yerini açıqladı

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşəcəyi tarixi və yeri açıqlayıb.

Yenicag.az xəbər verir ki, iki ölkə rəhbəri iyunun 12-də görüşəcək. Bu barədə Tramp “Twitter” səhifəsində məlumat yayıb.

ABŞ lideri açıqlamasında bildirib ki, sözügedən görüş iyunun 12-də Sinqapurda baş tutacaq.