Tramp Kubaya tətbiq olunan embarqonun vaxtını uzadıb

ABŞ prezidenti Donald Tramp Kubaya tətbiq olunan ticarət embarqosunun vaxtını uzatmağa qərar verib.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ prezidentinin imzaladığı memoranduma əsasən embarqonun müddəti bir il daha uzadılıb. Bu qərara səbəb kimi ABŞ-ın milli maraqları əsas göstərilib.

Qeyd edək ki, iki dövlət arasında illərdir davam edən soyuq münasibət 2015-ci ildən etibarən mülayimləşməyə başlayıb, tərəflər arasında bir sıra müqavilələr imzalanıb. Ekspertlər Trampın bu addımının yeni narazılığa səbəb olacağını bildiriblər.

COP29