Tramp kürəkəninə Ağ evdə vəzifə verdi

ABŞ prezidenti Donald Trampın kürəkəni, həmçinin müşaviri olan Cared Kuşner Ağ Ev yanında yeni yaradılan Amerika İnnovasiya Ofisinin (Office of American Innovation) rəhbəri təyin olunub.

Bu barədə jurnalistlərə açıqlamasında Trampın mətbuat katibi Şon Spayser məlumat verib.

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, – deyə Spayser bildirib.

Onun sözlərinə görə, Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Yeniçağ.az