!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Londonun ilk müsəlman merini tənqid etdi

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Londonun meri Sadiq Xanın şəhərdə baş verən terror hadisəsindən sonra verdiyi açıqlamanı pisləyib.

Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, prezident bu barədə tvitterdə yazıb. Belə ki, Sadiq Xan hadisədən sonra verdiyi şərhdə sakinlərə “narahat olmayın”, – deyə müraciət edib.

Tramp isə bu məsələyə belə münasibət bildirib:

“Ən az 7 ölü və 48 yaralı var. Londonun meri isə deyir ki, narahatlığa heç bir əsas yoxdur”.

Qeyd edək ki, Sadiq Xan bildirmişdi ki, parlament seçkilərini 4 iyun gecəsi baş verən terror hadisəsi ilə bağlı təxirə salmağa ehtiyac yoxdur.

Xatırladaq ki, adıçəkilən mer Böyük Britaniyanın Leyboristlər Partiyasından seçilmiş ilk müsəlmadır.

Yenicag.az

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv