!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp maaşını xeyriyyəçiliyə sərf edəcək

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp illik maaşını xeyriyyəçiliyə sərf edəcək.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bəyan edib.

ABŞ prezidentinin illik məvacibi 400 min dollar təşkil edir.

Ötən ilin noyabrında, seçkilərdə qələbə qazandıqdan sonra Donald Tramp prezident məvacibindən imtina edəcəyini bəyan etmişdi: “Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm”.

“Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.

Qeyd edək ki, indiyədək ABŞ tarixində iki prezident – Herbert Quver və Con Kennedi məvaciblərini xeyriyyəçiliyə sərf edib.

Yeniçağ.Az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv