ABŞ-nin keçmiş prezidenti Donald Tram Fransa Prezidenti Emmanuel Makronu məsxərəyə qoyub.
Yenicag.az xəbər verir ki, builki seçki kampaniyası çərçivəsində Ayova ştatında təşkil olunmuş mitinqdə çıxış edən Tramp Makronun ABŞ-nin texnologiya şirkətlərindən vergi alacaqlarını bəyan etməsindən sonra onunla telefonda danışdığını bildirib.
Tramp telefonda Makronu təhdid etdiyini, vergi ilə bağlı qanun layihəsini geri çəkməsələr, Fransadan ABŞ-yə idxal olunan spirtli içkilərə 100 faiz vergi tətbiq edəcəyini dediyini vurğulayıb.
Tramp bunun qarşılığında Makronun ona verdiyi cavabı Fransa Prezidentini təqlid edərək söyləyib: “Yox, yox, yox, bunu etməzsən, Donald”.