Tramp məhkəmə qarşısına çıxacaq – ABŞ tarixində bir ilk

Donald Tramp aprelin 4-də Nyu-York məhkəməsinə gələcək.

Yenicag.az xəbər verir ki, ABŞ-ın eks-prezidentinin instansiyada çərşənbə axşamı yerli vaxtla saat 14:15-də olacağı gözlənilir.

O, maliyyə fırıldaqlarında ittiham olunur. Trampın gəldiyi zaman onu Gizli Xidmətin üzvlərinin müşayiət edəcəyini qeyd edilib.

Qeyd edək ki, Tramp mühakimə olunan ilk ABŞ prezidenti olacaq.