Tramp Meksika körfəzinin adını dəyişdirmək istəyir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adını dəyişdirmək istəyir.

Yenicag.az xəbər verir ki, Tramp bu barədə niyyətini açıqlayıb.

O bildirib ki, Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi məqsədəuyğundur:

“Bu, geniş əraziləri əhatə edən böyük bir addır. “Amerika Körfəzi” – nə gözəl səslənir”.

Tramp adının dəyişdirilməsi ilə bağlı qərarın dəqiq nə vaxt veriləcəyindən danışmayıb, lakin yaxın vaxtlarda bu barədə açıqlama veriləcəyini qeyd edib.