Tramp: “Məndə koronavirus əlaməti yoxdur”

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onda koronavirus əlaməti yoxdur və buna görə də analiz verməyə ehtiyac görmür.

Bu barədə Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir.

“Mən düşünmürəm ki, bu (koronavirus testi-red) əhəmiyyətlidir, amma bunu edə bilərəm. Bunun üçün səbəblər görmürəm, özümü yaxşı hiss edirəm”, – Ağ Ev rəhbəri jurnalistlərin bununla bağlı sualına cavabında deyib.

“Mən Ağ Evin həkimi ilə danışdım, heyrətamiz insan, o, bunda məna görmür. Heç bir əlamət, heç nə”, – Ağ Ev rəhbəri əlavə edib.

“Siz bu barədə (Tramp xəstəliyə yoluxacağı təqdirdə -red) bilən birinci olacaqsınız. Və ola bilər, siz bu barədə mənə danışacaqsınız”, – prezident deyib. /Report/

COP29