!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tramp mənimlə görüşəndə evli idi" - "Playboy" modelindən qalmaqallı açıqlama

!Reklam – Yazi

“The New Yorker” qəzeti “Playboy”un keçmiş modeli və aktrisa Karen Makduqalın ABŞ prezidenti Donald Trampla olan münasibətindən yazıb.

Yenicag.az xəbər verir ki, model Trampla 2006-cı ildə “Playboy”un partisində tanış olduqlarını deyib. Makduqal, həmçinin, o zaman Tramp ilə Melaniyanın evli olduqlarını da vurğulayıb. O, deyib ki, tez-tez Tramla Los-Ancelesdə görüşürdü. Aktrisa, Trampın onun üçün “Trump Tower”də xüsusi otaq ayırdığını və onu ailə üzvləri ilə tanış etdiyini də dilə gətirib. Trampın nəzakətli biri olduğunu deyən Makduqal, münasibətlərinin 9 ay davam etdiyini və 2007-ci ildə ayrıldıqlarını vurğulayıb.

Qeyd edək ki, daha öncə Trampın vəkilinin Stormi Deniels adlı porno ulduza Trampla olan münasibətindən KİV-lərə danışmaması üçün 130 min dollar ödədiyi bildirilirdi.

www.yenicag.az

2976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv