ABŞ prezidenti Donald Tramp Angela Merkelə Ağ evdə bu yaxınlardakı görüşü zamanı Almaniya kanslerinə $ 375 mlrd. məbləğində hesab təqdim edib.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu NATO-nun Almaniyanın müdafiəsinə üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur.
Almaniya hökümətindəki mənbə borc tələbinin olduğu faktını təstiq edib, lakin bunun “qəbuledilməz” olduğunu bildirib.
Məlumata görə, Merkelin Vaşinqtona səfərləri zamanı amerikalı lider sənədi şəxsən ona təqdim edib.
“Bu cür tələblər niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və bu təxribata cavab verməyəcək”, – adı açıqlanmayan alman naziri qeyd edib.
Yeniçağ.Az