ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarder Stiven Faynberqin namizədliyini irəli sürüb.
Yenicag.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Faynberq “Cerberus Capital Management LP” özəl investisiya şirkətinin yaradıcılarından və direktorlarından biridir. Bu firma həm də müdafiə sektorundakı podratçılara sərmayə ayırır.
Donald Tramp Pentaqonun gələcək rəhbəri vəzifəsinə isə hərbi əməliyyatlar veteranı və “Foks Nyus”un aparıcısı olmuş Pit Heqsetin namizədliyini irəli sürüb.